Home Manşet “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında əsasnamədə dəyişiklik edilib

“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında əsasnamədə dəyişiklik edilib

288
0
SHARE

Prezident İlham Əliyev “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmana əsasən, sahibkarlıq kreditləri üzrə təminatların və faiz subsidiyalarının verilməsi ilə elektron sistemə ötürülən məlumatların siyahısına daha biri əlavə edilib.

Elektron ipoteka və kredit zəmanət fondunda elektron sistem vasitəsilə artıq investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkar investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün müraciət etdikdə, müvafiq təsdiqedici sənədlərə dair məlumatlar da təmin ediləcək.

Bundan başqa elektron sistemdə artıq sahibkarın nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan fiziki və (və ya) hüquqi şəxslər barədə ) kredit bürolarında saxlanılan məlumatlar; sahibkarın nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər üzrə məlumatlar; sahibkarın hüquqi şəxs olan qanuni təmsilçisi və nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan hüquqi şəxslər barədə dövlət reyestrindən çıxarış üzrə məlumatlar da təmin ediləcək. Əvvəl bu göstərici 25%-dən çox götürülürdü.