Yerevanda Ermənistan Müdafiə Nazirliyinin qarşısında Qarabağ müharibəsində itkin düşmüş əsgərlərin yaxınları etiraz aksiyası keçirir.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar sabiq müdafiə naziri David Tonoyanla görüş və onun suallara cavab verməsini tələb edirlər.
Bundan başqa, itkin düşənlərin yaxınları Gümrü şəhərində aksiya keçirir.