İsrailin baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanına gizli səfər edib.
Trend-in məlumatına görə, bu barədə İsrail KİV-ləri bildirib.
Səfər zamanı naziri Mossadın rəhbəri Yossi Koen müşayiət edib. B.Netanyahunun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanla görüşdüyü deyilir.
İsrail baş nazirinin administrasiyası xəbərə rəsmi münasibət bildirməyib.