Home Gündəm Politoloq Şəbnəm Həsənova AzTV-nin Hədəf verilişində Fransanın ermənipərəst siyasətini pisləyib

Politoloq Şəbnəm Həsənova AzTV-nin Hədəf verilişində Fransanın ermənipərəst siyasətini pisləyib

768
0
SHARE

Politoloq Şəbnəm Həsənova AzTV-nin Hədəf verilişində Fransanın ermənipərəst siyasətini pisləyib.

Politoloq bildiirib ki, 2007-ci ildən bu yana Azərbaycan Fransada mədəniyyətlər mübadiləsi çərçivəsində onlarla layihə və tədbirlər həyata keçirib. Heydər Əliyev Fondunun dəstəyi ilə 2007-ci ildə Fransada Versal Sarayının parkındakı qədim ümumbəşər abidələrin bərpa işləri həyata keçirilib, 2009-cu ildə Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsi, eyni zamanda, 2011-2012-ci illərdə Fransanın müxtəlif regionlarında 20-dən çox kilsənin təmirinə yardım göstərilib. Azərbaycanın bu dərəcədə sülhsevər və ümumbəşəri dəyərlərə sadiq olmasına baxmayaraq bütün bunları unudan Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyi funksiyasına tamamilə zidd olaraq açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirir.

Sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylərlə çıxış edib. Bütün bunlar azmış kimi, Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, hətta bəzi məlumatlara görə Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib.