Rusiyada koronavirusa yoluxanların sayı 2,11 milyon nəfəri keçib.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 25 173 nəfər virusa yoluxub, 361 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 2 114 502 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 36 540 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 1 611 445 nəfər virusdan sağalıb, 466 517 nəfərin müalicəsi isə davam edir.