Home Dünya xəbərləri ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib

ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib

262
0
SHARE

Nyu-Yorkda karantin rejimi dövründə kütləvi toy mərasimi keçirildiyi üçün yəhudi sinaqoqu cərimələnib.

Trend-in məlumatına görə, bunu şəhərin meri Bill de Blazio deyib.

O bildirib ki, toy mərasiminə bir neçə min şəxs qatılıb və maska rejiminə əməl olunmayıb.

Bununla əlaqədar toyun təşkilatçıları 15 min dollar məbləğində cərimələnib.