Home Manşet Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib...

Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib (FOTO)

326
0
SHARE

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə paylaşım edilib

Trend-in məlumatına görə, paylaşımda deyilir:

“Hörmətli həmvətənlər!

Sizi əlamətdar hadisə – Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”