Home Dünya xəbərləri Merkelin iqamətgahına avtomobil çırpıldı – İclas təxirə düşdü (FOTO)

Merkelin iqamətgahına avtomobil çırpıldı – İclas təxirə düşdü (FOTO)

165
0
SHARE

Almaniyanın paytaxtı Berlində kansler Angela Merkelin iqamətgahının darvazasına avtomobil çırpılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Polis avtomobilin sürücüsünün axtarışlarını aparır.

Qeyd olunur ki, həmin şəxs koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə etiraz olaraq bu addımı atıb.

Həmin iqamətgahda kansler A.Merkelin onlayn formatda iclas keçirməsi planlaşdırılırdı. İclasda koronavirusla mübarizə, karantin tədbirlərinin uzadılması müzakirə olunmalı idi.