Home Gündəm Xalq Cəbhəsinin xəyanəti ilə işgal edilən torpaqlarımız Prezident İlham Əliyevin praqmatik siyasəti...

Xalq Cəbhəsinin xəyanəti ilə işgal edilən torpaqlarımız Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində azad edildi

660
0
SHARE

“Azərbaycanın Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad etməsi böyük bir qələbədir. Kəlbəcər 1993-cü ilin aprel ayının 3-də Ermənistan ordusu tərəfindən işğal edilmişdi. Cənab Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə əlaqədar xalqa təbrik müraciətində də haqlı olaraq qeyd etdiyi kimi Kəlbəcər və bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar qanunsuz yollarla hakimiyyətə gələn, heç bir siyasi biliyə, təcrübəyə, səriştəyə malik olmayan Azərbaycan Xalq Cəbhəsidir. Torpaqlarımızın işğal altına düşməsində Xalq Cəbhəsinin birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Xalq Cəbhəsinin məqsədi sadəcə hakimiyyət uğrunda mübarizə idi. Ermənistan da bundan istifadə edərək torpaqlarımızı işğal edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra ölkəmizdə vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Onların tək məqsədi öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmaq idi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, bütün bunlara baxmayaraq Azərbaycan Xalq Cəbhəsi, öz ciblərini doldurmaq, öz yaxın adamlarını vəzifələrə təyin etmək və öz hakimiyyətinin ömrünü uzatmaq məqsədi güdürdülər. Bunun nəticəsində də Kəlbəcər işğal altına düşdü. Vətənpərvərlikdən, peşəkarlıqdan, idarəçilikdən uzaq, xarici münasibətlərin, beynəlxalq norma və prinsiplərin nə olduğunu bilməyən, heç bir dildə danışa bilməyən təsadüfi adamlar Şuşanı düşmənə təhvil verdilər”. Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin sözlərinə görə, vaxtilə xalqın tələbi ilə hakimiyyətə gələn, dövlətçiliyin əldən getməsinin qarşısını alan dahi Heydər Əliyevin varisi İlham Əliyev bu gün Şuşanı, Kəlbəcəri, Qarabağı qaytardı və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bizi dünyaya qürurlu xalq olaraq tanıtdı: “Dünya Ermənistanı məğlub edilmiş, Azərbaycanı isə zəfər çalmış ölkə kimi tanıyır. Qələbəmiz isə təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil. Prezident İlham Əliyev eyni zamanda erməni faşizmini məhv etdi”.

Ş.Həsənova vurğulayıb ki, Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı: “Ağdamdan sonra artıq Kəlbəcər də Azərbaycana təhvil verildi. Ermənilər bölgəni tərk etmək üçün verilən vaxtdan əlavə möhlət istəyərək güzəşt edilən on gün ərzində Kəlbəcərdə vəhşi qəbilə kimi yaşayış binalarına, tarixi yerlərə və təbiətə qarşı törədilən amansız rəftarlar həyata keçirdilər, Azərbaycan ordusu düşməni Şuşadan qovanda düşmən oraya gedən su xəttini sıradan çıxardı. Buna baxmayaraq cənab Prezidentin də qeyd etdiyi kimi əsgərlərimiz Ağdam rayonunun bir kəndində erməni əhalisinə çıxmaq üçün şərait yaratdı. Budur Azərbaycan ilə Ermənistan arasında olan fərq və bunu bizi nədəsə ittiham etmək istəyən qüvvələr görməlidir. Azərbaycana dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq və Ermənistan belə vandal əməllərinə görə beynəlxalq məhkəmələr qarşısında cavab verəcək. Azərbaycan isə çox yaxın gələcəkdə Kəlbəcəri bərpa edəcək və yenidən quracaq, burada kənd təsərrüfatı, xüsusilə heyvandarlıq inkişaf edəcək. Kəlbəcər bizimdir, Kəlbəcər Azərbaycandır!”.