Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Trend-in məlumatına görə, Qanunla Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.