Home Gündəm Şəbnəm Həsənova: Fransa Senatı öz-özünü inkar edir

Şəbnəm Həsənova: Fransa Senatı öz-özünü inkar edir

357
0
SHARE

“Sentyabrın 27-i ikinci Qarabağ müharibəsi başlayandan bəri ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Fransa neytral mövqe nümayiş etdirmək əvəzinə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan işğalçı Ermənistanın maraqlarından çıxış edir və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür”.

Bunu tan.az-a– açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət Fransanın həmsədr ölkə kimi qeyri-obyektiv və tərəfli vasitəçilik missiyasından xəbər verir:

“Əslində, bu cür mövqe sərgiləməklə Fransa bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində yox, əksinə münaqişənin yenidən alovlandırılmasında, birbaşa işğalçılığa və separatizmə dəstək verməkdə maraqlı olduğunu ortaya qoyur”.

Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi ermənipərəst, anti-azərbaycan, anti-türk mövqeli və ruhlu senatorlar tərəfindən qəbul olunub. Bu baxımdan da Senatın beynəlxalq hüququ kobud şəkildə pozaraq bu cür “fəallıq” göstərməsinin izahı onun erməni sadiqliyindən başqa bir şey deyil. Senatın qərarının heç bir hüquqi qüvvəsi yoxdur, tövsiyə xarakteri daşıyır və yaxın günlərdə baxılmaq üçün Fransa hökümətinə təqdim olunacaq.

Düşünürəm ki, hökümətin bu qərara münasibəti mənfi olacaq. Əks təqdirdə Fransa Respublikası Azərbaycanın ərazi bütövlüyünə, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik nümayiş etdirmiş olacaq. Bu eyni zamanda BMT Nizamnaməsinə, Fransanın ATƏT-in Minsk Qrupu çərçivəsində həmsədrlik statusundan irəli gələn vəzifə və öhdəliklərinə ziddir”.

Politoloqun fikrincə, Fransa həm də məlum 4 qətnamənin lehinə səs verib, bu cür addımlar atmaqla əslində Fransa Senatı öz-özünü inkar etmiş olur ki, bu da Fransanın beynəlxalq imicinə zərbədir:

“Bu qərarın dəstəklənəcəyi təqdirdə Fransanın Minsk Qrupunun həmsədri qismində münaqişənin həlli prosesində iştirakı mümkünsüz olacaq. 10 noyabrda Rusiya Prezidenti və münaqişə tərəfləri arasında bənayat imzalandı və bu bəynanata əsasən də Azərbaycan suveren hüququndan istifadə edərək öz ərazi bütövlüyün təmin edir.

Onu haqq yolundan heç bir qüvvə döndərməyəcək. Bu isə bizə Fransa ilə gələcək münasibətləri yenidən nəzərdən keçirməyə əsas verəcək. Bu baxımdan da bitərəfli tanınma Fransa üçün faydalı deyil. Görünür ki, nizamlama prosesindən kənarda qalan Fransa Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı atdıqları nəticəyönümlü addımları həzm edə bilmir.

O ki qaldı işğaldan azad olunmuş ərazilərdə yaşayacaq erməni əsilli vətəndaşların taleyinə bununla bağlı qərar verməli olan tərəf Azərbaycandır. Çünki bu Azərbaycan dövlətinin daxili işidir və Azərbaycan Respublikasının Konstitusiyası dini, irqi və etnik mənsubiyyətindən asılı olmayaraq ərazisində yaşayan bütün vətəndaşların hüquq bərabərliyinə təminat verir”.