Home Dünya xəbərləri Putinin ənənəvi mətbuat konfransı dekabrın 17-də keçiriləcək

Putinin ənənəvi mətbuat konfransı dekabrın 17-də keçiriləcək

622
0
SHARE

Rusiya Prezidenti Vladimir Putinin illik mətbuat konfransı dekabrın 17-də keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar tədbir videokonfrans formatında keçiriləcək. Prezidentin Novo-Oqaryovodakı iqamətgahından müraciət edəcəyi gözlənilir.

Konfransda iştirak etmək üçün jurnalistlərin akkreditasiyası noyabrın 29-dan başlayacaq.