Qaradağ rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla və böyük ruh yüksəkliyi ilə ağacəkmə aksiyası keçirilib.
Trend-in məlumatına görə, ağacəkmə aksiyasında İcra Hakimiyyətinin əməkdaşları ilə birgə digər qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri də qatılıb.
Ümumilikdə keçirilmiş ağacəkmə aksiyasında 650 ədəd ağac əkilmişdir.