Home Gündəm Arzu Nağıyev: Bütün bunların hamısının şahidi olacağıq

Arzu Nağıyev: Bütün bunların hamısının şahidi olacağıq

637
0
SHARE
 “Düşünmürəm ki, o ərazilərdə ciddi problemlər qalacaq. Çünki üçtərəfli müqavilə əsasında hazırlanan cədvələ uyğun olaraq, ermənilər həmin Azərbaycan ərazilərini tərk etməlidirlər. Təbii ki, Rusiya da bu məsələdə maraqlıdır. Çünki onların qarşılarına qoyulan əsas məsələlərdən biri də qeyri-qanuni erməni birləşmələrinin -hansı ki, Dağlıq Qarabağ ərazisindədirlər – həmin ərazilərdən çıxarılmasıdır. Əminəm ki, bu proseslərdə Rusiya daha maraqlıdır ki, öz üzərinə düşən missiyanı tam şəkildə yerinə yetirsin. Onu da qeyd edim ki, Paşinyan və digər erməni rəhbərləri boyunlarına alırlar ki, bunlara tabe olmurlar, yaxud hansısa partizan hərəkatı yaratmaq istəyirlər. Təbii ki, bu cür söz-söhbətlər olacaq. Lakin Kəlbəcər hadisələri bir daha göstərdi ki, burada iqtisadi maraqlar da var. Müəyyən yataqlardan onların çıxmaq istəməməsi bunu göstərdi. Amma zamanla bu problemlər də öz həllini tapacaq. Ağdamda da belə etdilər, Kəlbəcərdə də buna cəhdlər olundu. Ayın 1-ə o qədər də uzun müddət qalmayıb. Bütün bunların hamısının şahidi olacağıq”.
Deputat burada bir əsas məsələni xüsusi olaraq qabartdı: “Əsas odur ki, həmin ərazilər orduya tam şəkildə təhvil verilməlidir. Ordu adi vətəndaşların köçməsi yaxud gəlməsi proseslərini, eləcə də, istər minalardan təmizlənmə, istərsə də, digər prosesləri həyata keçirməlidir. Onların meyitləri təhvil verilməlidir. Bu gün əsas məsələ odur ki, ordu Azərbaycan sərhədlərini tam şəkildə nəzarətə götürməlidir. Narahatçılığa ciddi bir əsas da yoxdur. Çünki biz öz ərazimizdə öz ərazi bütövlüyümüzü bərpa edirik. Eyni zamanda, Rusiya və Türkiyə bu proseslərin həllində maraqlıdır – baxmayaraq ki, bir sıra qüvvələr buna mane olmağa çalışır. Birmənalı şəkildə bu məsələ öz həllini tapacaq”.