Home Dünya xəbərləri İranda sutka ərzində 13 mindən çox şəxs koronavirusa yoluxub

İranda sutka ərzində 13 mindən çox şəxs koronavirusa yoluxub

295
0
SHARE

İranda ötən sutka ərzində 13 321 nəfər koronavirusa (COVID 19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 962 070 nəfərə çatıb. Virus daşıyıcılarından 5 852 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 371 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 48 246 nəfərə yüksəlib.

İranda indiyədək 668 151 nəfər koronavirusdan sağalıb.

Ğlkədə indiyədək 6,12 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda 27 vilayət qırmızı, 4 vilayət isə narıncı zonadır.