Home Cəmiyyət Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir – XƏBƏRDARLIQ

Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir – XƏBƏRDARLIQ

339
0
SHARE

Azərbaycanda COVİD-19-a yoluxma sayının getdikcə artması ilə müşahidə edilən mövcud durum sərt karantin tədbirlərinin tətbiqini qaçılmaz edir.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə ölkəmizdə koronavirusa yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq.

Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda COVİD-19 xəstələrinin sayının sürətlə artdığını deyən Y.Abdiyeva qeyd edib ki, son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45 000 nəfəri ötüb. Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90 000 nəfərə çatacaq. Bu isə xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək.

Mütəxəssis əlavə edib ki, yoluxma hallarının qarşısının alınması üçün hökumətin məhdudiyyət tədbirləri hələlik minimal miqyasda həyata keçirilir:

“Lakin heç kəs “artıq sərt karantin tədbirləri olmayacaq” deyib rahatlanmamalıdır. Ölkədəki real vəziyyət artıq onu göstərir ki, səhiyyə sistemi üçün real təhlükə yaranır, onun yükü hədsiz şəkildə artır. Dəfələrlə bildirilib ki, bu virusdan qorunmağın yeganə yolu fiziki məsafənin saxlanılması, tibbi maskadan istifadə edilmə, kütləvi tədbirlərdə iştirak etməməkdir. İnsanlar bilməlidirlər ki, bunlara əməl edilmədikcə yoluxma sayı gündən-günə artacaq. Nəticədə isə hökumət tam təcrid edilmə, SMS icazənin tətbiqi və s. bu kimi tkarantin tədbirlərinin yenidən həyata keçirilməsinə məcbur olacaq.”.

Y.Abdiyeva bildirib ki, bütün bunların baş verməməsi üçün vətəndaşlarımız öz davranışları ilə vəziyyətin yaxşılaşmasına töhfə verməli, daha məsuliyyətli olmalı, davranışlarını mövcud tələblərə uyğunlaşdırmalıdırlar:

“Bəzən heç bir kliniki əlaməti olmayan şəxslər laborator müyainədən keçəndə məlum olur ki, o, aktiv COVİD daşıyıcısıdır. Belə insanlar bu xəstəliyi yüngül əzələ ağrısı ,yorğunluq hissi ilə asimptamatik formada, ayaqüstə keçirirlər. Belə daşıyıcılar bu dövrdə işdə, avtobusda və getdiyi digər məkanlarda maskanı çənəsindən asırsa, gün ərzində adi burun tənəffüsü vasitəsilə 100-lərlə insanı virusa yoluxdurur. Çalışın çox insanla kontaktda olmayın, olsanız da maskadan düzgün istifadə edin. Maskanı gün ərzində 3-4 dəfə dəyişin, çünki avtobusda, marketdə, işdə sizin bilmədiyiniz nə qədər COVİD daşıyıcısı var. Qəti surətdə ad günləri, yas və s. yerlərə getməyin. “Kiminsə xətrinə dəyər, qoy, ad gününə gedim” deyərək hansısa məclisə gedirsinizsə, çox böyük səhv edirsiniz. Siz bu səhvlə həm özünüzü, həm də ətrafınızı təhlükəyə atırsınız”.