Home Dünya xəbərləri Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb (FOTO)

Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb (FOTO)

192
0
SHARE

Yerevanda etiraz aksiyasında iştirak edən “İslahatçılar” partiyasının üzvləri hücuma məruz qalıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə partiyanın rəhbəri Vaan Babayan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, partiya üzvləri hakim “Mənim addımım” partiyasından olan deputat Koryun Mkrtçyana qarşı etiraz yürüşü keçirirdi. Hücum zamanı “İslahatçılar” partiyasının bir neçə üzvü xəsarət alıb.

Qeyd edək ki, Yerevanda “Mənim addımım” partiyasından olan deputatların evləri qarşısında istefa tələbi ilə mütəmadi aksiyalar keçirilir.