Birinci vitse-prezident Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi münasibətilə İnstaqram səhifəsində paylaşım edib.
Trend-in məlumatına görə, paylaşımda deyilir:
“Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!”