Home Manşet “Associated Press” Azərbaycanın Qarabağ münaqişəsindəki siyasi uğurlarına dair məqalə dərc edib

“Associated Press” Azərbaycanın Qarabağ münaqişəsindəki siyasi uğurlarına dair məqalə dərc edib

278
0
SHARE

“Associated Press” Azərbaycanın 30 ilə yaxın əvvəl Ermənistan tərəfindən işğal olunmuş ərazilərin qaytarılmasında siyasi uğurlarını vurğulayan məqalə dərc edib.

Trend-in məlumatına görə, “Azərbaycan Dağlıq Qarabağ ətrafındakı torpaqları tamamilə geri qaytarır” başlıqlı məqalədə qeyd olunur ki, 1 dekabr 2020-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə Qarabağla bağlı imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Ermənistanın Azərbaycana qaytardığı ərazilərin təhvil verilməsi başa çatmışdır.

Torpaqlarını erməni işğalından azad etmək məqsədi ilə bir aydan çox davam edən döyüşlərdən sonra Azərbaycan Ermənistanı təslim sənədi imzalamağa məcbur etdi. Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti ortaq bəyanat verdilər. Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması barədə razılaşma 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00: 00-da qüvvəyə minib.

Ermənistanın silahlı qüvvələri sentyabrın 27-də iri çaplı silahlardan, minaatanlardan və toplardan istifadə edərək Azərbaycan ordusunun cəbhə xəttindəki mövqelərinə qarşı genişmiqyaslı hərbi hücuma başladılar. Azərbaycan bütün cəbhə boyunca əks hücumla cavab verdi. Hələ 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəsi pozub. Azərbaycanın cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrigeri otuzdurulmşdur. Döyüşlər sonrakı günlərdə davam etmişdir.

İki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə başlayıb. Erməni silahlı qüvvələri Dağlıq Qarabağ və ona bitişik yeddi rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir. 1994-cü il atəşkəsindən sonra nəticəsi olmayan sülh danışıqları başlamışdır.