Home Manşet Cənab Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri Qarabağı yenidən dirçəltməkdir

Cənab Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri Qarabağı yenidən dirçəltməkdir

359
0
SHARE

“Elə bil vəhşi qəbilə keçib ordan, amma biz qurub yaradanıq” deyən cənab Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri Qarabağı yenidən dirçəltməkdir. 

Bunu Milli.Az-a politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan xalqının milli sərvətləri talan edilib, binalar sökülüb, infrastruktur dağıdılıb:

“İşğalda olduğu müddət ərzində beynəlxalq hüquq normalarına tamamilə zidd olaraq Ermənistan dövləti torpaqlarımızda qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirirdi. Bu azmış kimi ermənilər oradan çıxarkən öz mənfur xislətlərinə sadiqlik nümayiş etdirərək vandal olduqlarını bir daha göstərir, evləri, meşələri yandırır, təbiətə, ətraf mühitə ciddi ziyan vururdular.

Mənfur, vəhşi düşmən meşələrimizi 30 il ərzində qırıb, talayıb və son zamanlar hətta yandırıb. Bütün bunlar bir daha Azərbaycanla Ermənistanın fərqini əyani şəkildə, faktlarla sübut edir. Bu gün dünya ictimaiyyəti əgər bir tərəfdə vəhşi, vandal, barbar Ermənistan görürsə, digər tərəfdə isə humanist, tolerant, qurub-yaradan Azərbaycan görür. Cənab Prezident İlham Əliyev Ağdam işğaldan azad olunduqdan sonra oraya səfəri zamanı torpaqlarımızın viran edildiyini görərək haqlı olaraq bildirdi ki, “Elə bil vəhşi qəbilə keçib ordan, amma biz qurub yaradanıq”.

Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı əhəmiyyətli dərəcədə böyükdür, bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirmək cənab Prezident İlham Əliyevin siyasətində əsas istiqamətlərdən birini təşkil edir”.