Home Dünya xəbərləri Elon Mask insanın Marsa göndərilməsinin təxmini vaxtını açıqladı

Elon Mask insanın Marsa göndərilməsinin təxmini vaxtını açıqladı

317
0
SHARE

“SpaceX”in qurucusu Elon Mask yaxın altı ildə insanları Marsa göndərəcəyini vəd etdi.

Trend-in məlumatına görə, bu barədə sahibkar Berlində Aksel-Şpringer mükafatının təqdimatı tədbirində bildirib.

“Yüksək bir ehtimalla, altı il içində bunun həyata keçiriləcəyini düşünürəm. Şanslıyıqsa, bəlkə də dörd ildən sonra” – Mask deyib.

O qeyd edib ki, artıq yaxın iki il ərzində Marsa komandasız kosmik gəmisini göndərmək planlaşdırılır.