Home Dünya xəbərləri NATO Əfqanıstanda qalmasına dair qərarı 2021-ci ilin əvvəlində verəcək

NATO Əfqanıstanda qalmasına dair qərarı 2021-ci ilin əvvəlində verəcək

418
0
SHARE

NATO Əfqanıstandakı “Rəşadətli Dəstək” missiyasının gələcəyinə dair qərar ittifaqın müdafiə nazirləri toplantısında 2021-ci ilin fevral ayında qəbul edəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin xarici işlər nazirlərinin video konfransından sonra keçirilən mətbuat toplantısında deyib.

“Əfqanıstanla bağlı [NATO-nun missiyasının gələcəyi], 2021-ci ilin fevralında Brüsseldə keçiriləcək müdafiə nazirlərinin növbəti iclasında çətin qərar verməliyik. Ancaq nə olursa olsun verdiyimiz qərar koordinasiyalı və nizamlı bir şəkildə həyata keçirilməlidir”, – Stoltenberq bildirib.

Xatırladaq ki, daha əvvəl Baş katib ABŞ-ın Əfqanıstandakı “Taliban” hərəkatı ilə müqaviləsinə uyğun olaraq hərbçilərinin sayını azaltmağa qərar verib, buna baxmayaraq alyansın “Rəşadətli Dəstək” təlim missiyası əvvəlki konfiqurasiyada davam etdiriləcək və Vaşinqton bu missiyanı dəstəkləmək üçün tibbi, avianəqliyyat, kəşfiyyat və digər imkanlarını özündə saxlayacaq.