Home Manşet Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi tarixi hadisədir – Deputat

Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi tarixi hadisədir – Deputat

274
0
SHARE

Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyasının dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələri keçiriləcək. Bununla bağlı BMT rəsmi məlumat da yayıb. Azərbaycanın təşəbbüsü ilə bu cür qlobal məsələ ilə bağlı BMT Baş Assambleyasının Xüsusi İclasının keçirlməsi ölkəmizin beynəlxalq aləmdə nüfzunu göstərməklə yanaşı, Azərbaycanın qlobal məsələlərə mühüm töhfə verdiyini ortaya qoyur.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat vurğulayıb ki, dünyanın bir nömrəli bəlasına çevrilən COVİD-19 virusu artıq dünyada 1.3 milyondan artıq insanın ölümünə, 54 milyon insanın isə bu xəstəlikdən əziyyət çəkməsinə səbəb olub: “Rəqəmlər hər gün artır, daha böyük təhlükə yaranr. Bu baxımdan bu qlobal bəla, böhran ilə mübarizədə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası tarixi əhəmiyyət daşıyır.

S.Hüseynova bildirib ki, dünya ölkələri bu təşəbbüsü vaxtında və çox ehtiyac duyulan bir təşəbbüs kimi dəyərləndirirlər:

“Bu, beynəlxalq səviyyədə Azərbaycana olan yüksək etimadın və hörmətin növəti bir göstəricisidir. Bu, həm də onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə ən nüfuzlu ölkələrdən biri kimi qəbul edilir və cənab Prezident İlham Əliyev qlobal düşüncəyə, qlobal baxışa və qlobal liderliyə malik olan bir dövlət başçısıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində xüsusi sessiyanın açılış mərasimində ali heyətin tərkibində – 1-ci sıra 5-ci yerdə çıxış edəcək və 120 ölkənin pandemiya ilə bağlı əsas baxışlarını dünya ictimaiyyətinə çatdıracaq. Prezident İlham Əliyevdən əvvəl Baş Assambleyanın Prezidenti Volkan Bozkır, BMT-nin Baş katibi Antonio Quterres, İqtisadi və Sosial Şuranın Prezidenti Munir Əkrəm, Təhlükəsizlik Şurasının dekabr ayında fəaliyyətdə olan sədri Jerry Matthews Matjila çıxış edəcəklər.

Daha sonra cənab İlham Əliyev çıxış edəcək. Burada da Prezident İlham Əliyev ilk 10-luqda olan dövlət başçıları sırasındadır – 155 ölkə arasında sayca 7-ci çıxışçıdır. Hər iki sıralama Azərbaycana dünyada olan böyük hörmət və etimadın nümunəsi, Prezident İlham Əliyevin şəxsi nüfuzunun beynəlxalq aləmdə göstəricisidir”.

S.Hüseynova əlavə edib ki, COVİD-19 pandemiyası II Dünya Müharibəsindən sonra bəşəriyyətə ən böyük faciə yaşadan bir bəladır və bu qlobal bəlaya da qlobal səviyyədə qiymət verilməli, bəladan çıxış yolları qlobal səviyyədə axtarılmalıdır.

Pandemiyanın ilk günlərindən Azərbaycan həm ölkə ərazisində, həm də regional və beynəlxalq səviyyədə çoxşaxəli fəaliyyət göstərib. Azərbaycan tək ölkə daxilində deyil, beynəlxalq səviyyədə də bu bəlaya qarşı mübarizədə fəal iş aparıb, o cümlədən 30-dan artıq ölkəyə yardımlar göstərib, eləcə də Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə edib”.