Home Manşet Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub

Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub

356
0
SHARE

Bu ilin 3 dekabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər ATƏT-in Nazirlər Şurasının 27-ci iclası ilə bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.