Rusiya Qarabağda döyüş əməliyyatlarının tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatın ATƏT ölkələri tərəfindən daha fəal dəstəklənməsinə ümid edir.
Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ATƏT XİN Şurasının iclasında deyib.
O bildirib ki, təşkilatın münaqişələrin tənzimlənməsində potensialına tələbat var:
“ATƏT məkanında böhran vəziyyətlərinin həlli üzrə əldə olunan razılaşmalara üzv-ölkələr tərəfindən daha çox dəstək göstərilməlidir. Bu yanaşmanı Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı da gözləyirik. Biz ATƏT Minsk qrupunun üç həmsədri ilə əməkdaşlığı qiymətləndiririk”.