Home Dünya xəbərləri Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötüb

Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötüb

622
0
SHARE

Afrikada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 17 139 nəfər yoluxub, 425 nəfər isə koronavirusdan vəfat edib.

Trend-in Ümumdünya Səhiyyə Təşkilatına istinadən verdiyi məlumata görə, regionda koronavirusa yoluxanların sayı 2 231 951 nəfərə, ölənlərin sayı isə 53 261 nəfərə çatıb.

 

 Bildirilir ki, ən çox yoluxma və ölüm halları Cənubi Afrika Respublikasında qeydə alınıb – 805 804 yoluxma və 21 963 ölüm halı.