Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4323 yeni yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 142 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1 593 nəfər vəfat edib, aktiv xəstə sayı 54 750 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 778, bu günə qədər isə ümumilikdə 1 817 804 test icra olunub.