İranda ötən sutka ərzində 321 nəfər koronavirusdan (COVID 19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 50 016 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 12 151 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 028 986 nəfərə çatıb. Virus daşıyıcılarından 5 817 nəfərin vəziyyəti ağırdır.
Ölkədə indiyədək 719 708 nəfər koronavirusdan sağalıb, 6,34 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda 64 rayon qırmızı, 278 rayon narıncı və 106 rayon sarı zonadır.