Polşanın paytaxtı Varşavada fermerlər etiraz aksiyası keçirib.
Trend-in məlumatına görə, traktorlarla şəhərə daxil olan etirazçıları şəhərin əsas yollarını bağlayıb.
Bundan başqa, onlar yolların hərəkət hissələrinə meyvə-tərəvəz səpələyib. Nəticədə yollarda hərəkət iflic olub.
Fermerlər pandemiya dövründə kənd təsərrüfatı məhsullarının qiymətinin kəskin ucuzlaşması və hökumət tərəfindən lazımi məbləğdə subsidiyaların verilməməsinə etiraz edir.