Home Dünya xəbərləri Rusiyada yenidən koronavirusa rekord yoluxma qeydə alındı

Rusiyada yenidən koronavirusa rekord yoluxma qeydə alındı

257
0
SHARE

Rusiyada koronavirusa yoluxanların sayı 2,43 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 28 782 nəfər virusa yoluxub, 508 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 431 731 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 42 684 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 916 396 nəfər virusdan sağalıb, 472 651 nəfərin müalicəsi isə davam edir.