Yerevanda 16 müxalif siyasi partiyanın etiraz aksiyası başlayıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxaliflər ölkənin böhrandan çıxarılması üçün öz proqramını təqdim edəcək.
Bundan başqa, onlar ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.
Bir neçə gün əvvəl müxalif partiyalar sabiq baş nazir və müdafiə naziri Vazgen Manukyanı müvəqqəti baş nazir vəzifəsinə təqdim etmişdi.