Home Manşet Sədaqət Vəliyeva: Hazırda Ermənistan dövləti dərin siyasi-ideoloji böhran yaşamaqdadır

Sədaqət Vəliyeva: Hazırda Ermənistan dövləti dərin siyasi-ideoloji böhran yaşamaqdadır

225
0
SHARE

“44 günlük müharibə və siyasi-diplomatik gedişlər Ermənistanın siyasi-ideoloji əsaslarını da məhv etməkdədir. Əgər 44 günlük müharibə Ermənistanın hərbi texnikasını, silahlı qüvvələrini məhv etdisə, 10 noyabr üztərəfli Bəyanat Yerevanın diplomatik cəbhədə darmadağın edilməsi ilə nəticələndi. Bunun nəticəsidir ki, hazırda Ermənistan dövləti dərin siyasi-ideoloji böhran yaşamaqdadır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanın zəfərləri fonunda Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə gedir: “Vaxtilə Xocalı soyqırımını törətmiş, azərbaycanlılara qarşı qətliamlar həyata keçirmiş, faşizmi Ermənistan dövlətinin ideologiyasına çevirmiş sarkisyanlar, köçəryanlar, bir qrup cinayətkar Qarabağdakı məğlubiyyətə görə mövcud siyasi hakimiyyəti günahlandırır, Paşinyan da açıq şəkildə ona etiraz edənləri təhdid edir, ictimai fəallar Ermənistanın baş nazirinin trol fabriklərini ifşa edir, müxalifətin baş nazirliyə namizədi Manukyan isə xalqını “heyvan” adlandırır. Belə vəziyyət bir daha onu göstərir ki, Ermənistanı dərin xaos gözləyir. Sarkisyan-Koçaryan cütlüyünün bu gün yenidən hakimiyyət uğrunda mübarizəyə qoşulması kənardan çox acınacaqlı və miskin görünür. Görəsən, bunlar hansı üzlə yenidən Ermənistanın sükanı arxasına keçmək istəyirlər? Diz çökən, rüsvayçı məğlubiyyətə düçar olan ordunu bunlar yaratmamışdımı?”.

“Bu gün Ermənistan cəmiyyəti kimə inanıb-inanmayacağını bilmir, bu səbəbdən də günlərdir Yerevanda aksiyalar, etiraz yürüşləri baş verməkdədir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Ermənistanda Qarabağ ermənilərinə qarşı formalaş fobiyanın dərin problemlərə yol açağacı heç kəsdə şübhə doğurmur: “Ermənistan cəmiyyəti gördü ki, Paşinyan hakimiyyəti məğlubiyyətə uğradı, Köçəryan, Sarkisyan kimilər isə qorxaqlıqları üzündən döyüşlər gedən zaman Qarabağa ayaqlarını belə vura bilmədilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistan cəmiyyətinə bildirib ki, dövlətlərini idarə edənlər onları bataqlığa sürükləməkdədir. Məhz bu gün baş verənlər bir daha Azərbaycan Prezidentinin uzaqgörənliyini sübut etdi. Ona görə də, erməni xalqı anlamalıdır ki, nə qədər Sarkisyan, Köçəryan, Paşinyan kimi diletantlar hakimiyyət iddiasında olacaq, bir o qədər də Ermənistanın gələcəyi şübhə altına düşəcək. Erməni xalqı bir məqamı da unutmamalıdır ki, qonşularına qarşı ərazi iddiaları sürməyi, işğalçılığı dövlət siyasətinə çevirməyi siyasi-ideoloji fəaliyyətə çevirən siyasətçilər Ermənistan adlı dövlətin sonunu gətirəcək. Əslində erməni xalqı üçün tarixi bir fürsət yaranıb. Onlar hakimiyyətdə sağlam qüvvələrin olmasını təmin edə bilsələr, heç olmasa bundan sonra layiqli həyat yaşamağa nail olacaqlar. Yox, əgər eyforiyaya qapılıb yenidən müharibə canilərinə meydan versələr, bugünkü vəziyyətlərinə şükür edəcəklər”.