Home Manşet Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə hərtərəfli dəstək göstərilir – Arzu Nağıyev

Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə hərtərəfli dəstək göstərilir – Arzu Nağıyev

427
0
SHARE

Azərbaycan dövləti şəhid ailələrinə və müharibə əlillərinə 20 birbaşa və təşviqedici hərtərəfli dəstək mexanizmi həyata keçirir.

Bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, eyni zamanda şəhid ailələrinə və müharibə əllilərinə bir sıra imtiyazlar tətbiq edilir:

“Bununla yanaşı, “YAŞAT” Fondunun da yaradılması məqsədəuyğun addımdır. Çünki 44 günlük müharibədən sonra Azərbaycan xalqı şəhid ailələrinə, yaralılara, hərbçilərə, əsgərlərə yardım göstərmək istəyir. Eyni zamanda, şirkətlər də bu işə qoşulmaq istəyirlər. Bu işləri pərakəndə şəkildə görməkdənsə, bir fond ətrafında birləşərək bu yardımı hərtərəfli göstərmək daha məqəsədəuyğundur.

Bu baxımdan, məhz bu reallığı nəzərə alaraq, şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfinədn həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bunun üçün müvafiq platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalayıb.

Məlumdur ki, bu gün şəhid ailələrinə, yaralılara Heydər Əliyev Fondu çox ciddi yardımlar edir. Lakin bu gün Azərbaycan xalqının qəlbindən, xeyirxahlıq ənənəsindən irəli gələn bu nəcib təşəbbüsü bir mərkəzdə birləşdirərək belə bir fondun yaradılması çox mühüm əhəmiyyət kəsb edəcək. Bu fondun yaradılması hər bir Azərbaycan vətəndaşının və xaricdə yaşayan soydaşımızın ürəyincədir”.