Home Manşet Heç bir səhiyyə sistemi limitsiz deyil – Şahmar Mövsümov

Heç bir səhiyyə sistemi limitsiz deyil – Şahmar Mövsümov

287
0
SHARE

Azərbaycanda səhiyyə sistemi çox böyük gərginlik altındadır.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərərgahın brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, bu gün Azərbaycanda koronavirusa yoluxma halı 4 mindən çoxdur. O qeyd edib ki, hələ ki, səhiyyə sistemimiz buna tab gətirir, ancaq heç bir səhiyyə sistemi limitsiz deyil: “Xəstəxanalarla daim əlaqədəyəm və görürəm ki, həkimlər çox gərgin vəziyyətdədirlər. Virus daha çox yayılarsa, xəstəxanalara xəstələrin yerləşdirilməsində, dərmanların çatdırılmasında çətinlik ola bilər.

Səhiyyə sistemimiz böyük gərginlik altındadır. Hər kəs bunu anlamalıdır. Vətən müharibəsində necə birlik olduqsa, bu məsələdə də birlik göstərməliyik və belə olan halda koronavirusun öhdəsindən gələ bilərik”.