Home Manşet Parlamentin komitə iclasında yeni qanun layihələri müzakirə ediləcək

Parlamentin komitə iclasında yeni qanun layihələri müzakirə ediləcək

172
0
SHARE

Dekabrın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda ”Əmanətlərin tam sığortalanması haqqında”, ”Əmanətlərin sığortalanması haqqında”, “Mühasibat uçotu haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunacaq.

Layihələrin müzakirəsindən sonra komitə üzvləri Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədə dair rəylərini bildirəcəklər.