Azərbaycan və İran sərhədləri dostluq sərhədidir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidenti Həsən Ruhani ilə görüşdə deyib.
C.Bayramovun sözlərinə görə, Azərbaycanın İranla 132 km uzunluğunda sərhədi işğaldan azad edilib:
“İnanırıq ki, bu sərhədlərin bərpası iki ölkə üçün yeni əməkdaşlıq layihələri yaradacaq”.
Xarici işlər naziri bildirib ki, Azərbaycan İranla siyasi, iqtisadi, ticarət sahələrində əlaqələri inkişaf etdirməyə maraqlıdır. Rəşt-Astara dəmiryolu xəttinin inşa edilməsi iqtisadi və ticarət əməkdaşlıqlarının artması ilə nəticələnəcək.
C.Bayramov iki ölkənin birgə layihələrinin tez bir zamanda icra olunacağına ümid etdiyini deyib.