Azərbaycanın rəşadətli ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazilərini azad etdi.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ərəfəsində deyib.
O, Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib:
“Bu gün Qarabağ səmasında Azərbaycan bayrağı dalğalanır. Biz ilk gündən Azərbaycanı dəstəkləmişik”.
O bildirib ki, Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməkdə davam edəcək:
“Sabah biz Azərbaycan xalqının sevincini bir yerdə bölüşəcəyik.”