Braziliyada ilk dəfə ölümcül Candida auris adlı göbələyə yoluxma halı qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Sanitar Təftiş Agentliyi (Anvisa) bildirib.
Qeyd olunub ki, mikroorqanizm Baiya ştatında xəstəxananın reanimasiya şöbəsində yatan xəstədə aşkar edilib:
“Mikroorqanizmin həssaslığını təyin etmək üçün onun fenotipinin öyrənilməsi aparılır”.
Ölkənin tibb təşkilatlarına göbələyin yayılmasının qarşısının alınmasını və nəzarətini gücləndirmək üçün tövsiyə verilib.