Home Manşet Sədaqət Vəliyeva: “YAŞAT” Fondunun yaradılması dövlətimizin xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür

Sədaqət Vəliyeva: “YAŞAT” Fondunun yaradılması dövlətimizin xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür

297
0
SHARE

“Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin  mühüm tərkib hissəsini təşkil edir. Dövlətimiz şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib və bu iş davam etdirilməkdədir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan dövləti ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların, yaralananların, qazi olanların xatirəsini həmişə əziz tutur, onların ailəsinə xüsusi diqqət və qayğı göstərir: “Cənab Prezident İlham Əliyev bir müddət əvvəl müharibədə yaralananlarla görüşündə də bildirib ki, şəhid ailələri, yaralananlar, müharibə iştirakçıları birbaşa onun şəxsi nəzarətində olacaq. Elə bunun nəticəsidir ki, Prezidentin tapşırığını əsas götürərərək şəhid ailələrinə və yaralılara, vaxtından əvvəl tərxis olunub gələn hərbçilərə böyük qayğı göstərilir. Söz yox ki, o qayğı bundan sonra daim artacaq. Dövlət qayğısı şəhid ailələrinin maddi problemlərinin həlli ilə yanaşı, həm də onların adlarının əbədiləşdirilməsində görünəcək. Məhz Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycanda “Vətən müharibəsi” abidə kompleksi və “Zəfər” muzeyi yaradılacaq. Bu, Vətən müharibəsi ilə bağlı bütün məsələlərin indiki və sonrakı nəsillərə bütün detalları ilə çatdırılmasına xidmət edəcək. Beləliklə, gələcək nəsillər şanlı zəfərimiz haqda həmişə məlumatlı olacaqlar”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, dövlətin tədbirlərindən əlavə vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərmək üçün əllərindən gələni edirlər: “Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır. Məhz bu reallığı nəzərə alaraq, şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bunun üçün müvafiq platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman  imzalayıb”.

“Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasınsa iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardım göstərəcək” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq: “Şəhid olan hər bir vətəndaşımızın xatirəsi, yalananan hərbçilərimiz, qazilərimiz Azərbaycan dövləti üçün əzizdir. Bu mənada Azərbaycan Prezidentinin Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür”.