Home Dünya xəbərləri Tokio benzin və dizel yanacağında olan yeni avtomobil satışından imtina edəcək

Tokio benzin və dizel yanacağında olan yeni avtomobil satışından imtina edəcək

271
0
SHARE

aponiyanın paytaxtı Tokionun hakimiyyət orqanları 2030-cu ilə qədər yalnız benzin və ya dizellə işləyən yeni avtomobillərin satışından imtina etmək niyyətindədirlər.

Trend-in məlumatına görə, bu barədə Nikkei qəzeti xəbər verib. Bildirilib ki, bu məqsədi paytaxt hökumətinin iclasında qubernator Yuriko Koyike ortaya qoyub.

Təklif olunan plana görə, 2030-cu ilədək Tokioda satılan bütün yeni avtomobillər hibrid və ya elektrik mühərriki ilə təchiz olunmalıdır. Hakimiyyət, həmçinin bu cür avtomobillərin alınmasına subsidiya vermək üçün bir proqram hazırlamaq istəyirlər.