Home Manşet Aydın Hüseynov: Zəfər paradı xalqımızın çoxdan arzuladığı tarixi bir hadisə idi

Aydın Hüseynov: Zəfər paradı xalqımızın çoxdan arzuladığı tarixi bir hadisə idi

270
0
SHARE

Bu gün Bakıda keçirilən Zəfər paradı xalqımızın qüruru, ordumuzun, dövlətimizin gücünün göstəricisi, xalqın çoxdan arzuladığı tarixi bir hadisə idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu parad təkcə ordumuzun, dövlətimizin gücünü göstərmir, eyni zamanda Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulmasının sevinci, xalqın çoxdankı arzusunun yerinə yetməsinin, ölkəmizin bütövləşməsinin təcəssümüdür:

“Bu parad tarixi əhəmiyyətinə görə tamamilə fərqlidir. Bu, bir xalqın çoxdan gözlədiyi qələbə paradıdır, qürur və fəxr paradıdır. Paradda Azərbaycan ordusunun, dövlətinin gücü bir daha nümayiş olundu. Bu gün hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan hər bir azərbaycanlı ordumuzla fəxr edir. Azərbaycan öz istəyinə nail oldu, 30 il işğalda qalan torpaqlarını azad etdi, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bu işğala son qoyulması üçün bütün xalq bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdi və haqlı məqsədinə nail oldu.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhəbrliyi ilə Azərbaycan ordusu öz şücaətini dəfələrlə göstərib və torpaqlarımızı erməni işğalından azad etməklə öz qüdrətini və peşəkarlığını ən yüksək səviyyədə nümayiş etdirdi. Azərbaycan dövləti Silahlı Qüvvələrin inkişafına ciddi diqqət yetirir, cəmiyyətdə orduya böyük məhəbbət var, dəstək var, ordu-xalq birliyi kifayət qədər yüksəkdir və bununla biz fəxr edə bilərik. Güclü ordumuzun olmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük xidməti var”.

Deputat əlavə edib ki, paradda düşmənin məhv edilmiş və qənimət götürülmüş hərbi texnikalarının nümayişi isə düşmənin gücsüzlüyünün, acizliyinin göstəricisidir:

“Ermənilər bu paradı çox böyük məyusluqla izlədilər. Bu, həm də Ermənistan hakimiyyətinin ifşası idi, müharibə dörvündə xalqına yalan məlumatlar verən, guya qələbə qazndıqlarını, Azərbaycan ordusunu məğlub etdiklərini xalqa sırıyan bir hakimiyyətin böyük ifşası idi.

Vaxt var idi ermənilər gülüş doğuran parad keçirirdi, guya öz gücünü göstərirdi. İndi isə şanlı ordumuz tərəfindən ermənilərın həmin paradlarda nümayiş etdirdiyi silah və texnikalar məhv edilərək, hərbi qənimət kimi götürülərək bugünkü Zəfər paradımızda nümayiş etdirildi. Bunu Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu etdi, düşmənin bütün miflərini darmadağın edərək onu acı məğlubiyyətə uğratdı”.