Home Cəmiyyət Azərbaycan İlahiyyat İnstitutunda ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı vebinar...

Azərbaycan İlahiyyat İnstitutunda ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı vebinar keçirilib (FOTO)

270
0
SHARE

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı vebinar keçirilib.

Aİİ-dən Trend-ə bildirilib ki, “ZOOM” platforması üzərindən təşkil olunan görüşdə rəhbər heyət, əməkdaşlar, müəllimlər və tələbələr iştirak ediblər.

Aİİ rektoru Aqil Şirinov iştirakçıları salamladıqdan sonra, Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz rolundan bəhs edib. Ulu öndərin xidmətlərinin nəticəsi olaraq, sütunları möhkəm bir dövlət miras qoyub-getdiyini və Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq dövlətimizin daha da inkişaf etdiyini vurğulayıb.

Din sahəsində Ulu Öndərin xüsusi xidmətlərini diqqətə çatdıran rektor bu gün dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını məhz Ümummilli Liderin xidmətləri sayəsində baş verdiyini vurğulayıb.

Daha sonra millət vəkili Elman Nəsirov çıxış edib. O, Heydər Əliyev kimi şəxsiyyətləri tarixin çox nadir hallarda yetişdirdiyini diqqətə çatdıraraq, onu zəmanəmizin dühası adlandırıb. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızın hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb.

E.Nəsirov qeyd edib ki, məhz Ulu Öndərin təməlini qoyduğu Müzəffər Ordu sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub. Ümummilli Liderin dövlətçilik təcrübəsinin və siyasi irsinin layiqli davamçısı İlham Əliyevin bacarıqlı və məqsədyönlü siyasəti nəticəsində, bir güllə belə atılmadan Kəlbəcər, Ağdam və Laçın rayonları işğaldan azad olunub.

Elman Nəsirov sonda qeyd edib ki, Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu Ulu Öndərin xatirəsini daim uca tutur. Heydər Əliyevin qoyduğu zəngin irs qorunur. Müasir və müstəqil Azərbaycan Ulu Öndərin layiqli davamçısı, milli maraqları hər şeydən üstün tutan Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində gələcəyə doğru inamla irəliləyir.