Home Cəmiyyət Koronavirusdan sağalan insan yenidən COVİD-19-a yoluxa bilər? – TƏBİB-dən açıqlama

Koronavirusdan sağalan insan yenidən COVİD-19-a yoluxa bilər? – TƏBİB-dən açıqlama

264
0
SHARE

TƏBİB koronavirusa yoluxan insanların yenidən COVİD-ə yoluxmasının mümkünlüyü barədə açıqlama verib.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Trend-ə bildirib ki, şəxsin ikinci dəfə koronavirusa yoluxduğunu təsdiqlətmək üçün sübutların olması lazımdır: “Müəyyən etmək lazımdır ki, bu adam həqiqətən daha əvvəl xəstələnib, qanında müəyyən anticisimlər əmələ gəlib, ya yox. Həmin adam ikinci dəfə test verdikdə pozitivlik aşkarlanarsa, onun ilk yoluxma zamanında olan simptomları, qanındakı qoruyuculuq araşdırıldıqdan sonra bunu təkrar yoluxma faktı kimi təsdiq edə bilərik”.

Dünyada təkrar yoluxma hallarının mövcud olduğunu deyən N.Mustafayeva qeyd edib ki, dünyada 60 milyondan çox insan koronavirusa yoluxub. Onların arasından bir neçə nəfərin virusa yoluxması təhlükəli hal deyil:

 

“Biz hazırda əminliklə deyə bilərik ki, ikinci yoluxma halı hələlik mümkün deyil. 60 milyon yoluxmanın qarşılığında ikinci dəfə baş verən yoluxma rəqəmi elə olmalıdır ki, biz deyə bilək ki, təkrar yoluxma mümkündür”.