Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması Ümummilli lider Heydər Əliyevin son dərəcə vacib vəsiyyətlərindən biri idi.
Bu barədə Trend-ə TASS agentliyinin Baş direktorun birinci müavini Mixail Qusman deyib.
M.Qusman bildirib: “Bu faciəli günü – 12 dekabr 2003-cü ildə böyük dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ağır xəstəlikdən sonra xəstəxanada vəfat etdiyini yaxşı xatırlayıram. Əlbətdə ki, hamımız onun uzun müddət xəstəlikdən əziyyət çəkdiyini, səhhətinin ağır olduğunu bilirdik, amma yenə də ölüm xəbəri sözün əsl bizi sarsıtdı. Hər kəs Heydər Əliyevə SSRİ dövründə Azərbaycanın bayrağını uca qaldıran bir insan kimi sonsuz hörmət edir və dəyərləndirir. O faciəli günü – Heydər Əliyevin dəfn olunduğu 15 dekabrı yaxşı xatırlayıram. O gün Bakıda idim, indi Heydər Əliyevin parlaq adını daşıyan Respublika Sarayının zalında dəfn mərasimində iştirak edirdim. Onlarla nümayəndə heyəti və müxtəlif ölkələrin liderləri bütün işlərini təxirə salaraq, Heydər Əliyevlə vidalaşmaq üçün Bakıya gəlmişdilər. Dəfn mərasimində iştirak edən Rusiya prezidenti Vladimir Putinin mərasim başa çatdıqdan sonra İlham Əliyevə o vaxta qədər cəmi 20 nəfərin layiq görüldüyü Rusiyanın ən yüksək dövlət mükafatı – “Müqəddəs Apostol Pavel Pervozvannıy” ordenini təqdim etdi. Heydər Əliyevin 80 illik yubileyi münasibətilə təltif olunduğu orden, təəssüf ki, şəxsən ona təqdim edilmədi, ölümündən sonra ailəsinə verildi. Dəfn günü doğurdan da bütün Bakı liderini yola salırdı. Təkcə Bakı deyil – bütün Azərbaycan bu görkəmli insana yas tutdu. Dünyada milyonlarla insan Heydər Əliyevin xatirəsini yad edirdi”.
M.Qusman hesab edir ki, məhz 12 dekabrda Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsi də rəmzi məna daşıyır.
“12 dekabrda Azərbaycanın Vətən müharibəsində böyük qələbəsi ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsi rəsmi olaraq başa çatdı.
Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, Ali Baş Komandan kimi qətiyyətli mövqeyi sayəsində, eləcə də Azərbaycan ordusunun, bütün Azərbaycan xalqının səyləri ilə, Heydər Əliyevin vəsiyyətləri gerçəkləşəcəkdir. İlham Əliyevin 8 noyabrda Şuşa şəhəri azad edildikdən sonra Heydər Əliyevin abidəsi önündə şərəflə hesabat verməsi məni kövrəltdi. Qarabağ Azərbaycandır və nida”.