Home Manşet Prezidentimizə və ölkəmizə şeir bəhanəsi ilə edilən təcavüzkar ifadələri qınayırıq – Fəxrəddin...

Prezidentimizə və ölkəmizə şeir bəhanəsi ilə edilən təcavüzkar ifadələri qınayırıq – Fəxrəddin Altun

282
0
SHARE

Prezidentimizə və ölkəmizə şeir bəhanəsi ilə edilən təcavüzkar ifadələri qınayırıq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

O, bəzi İran siyasətçilərinin Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarına reaksiyasında xatırladıb ki, Prezident Ərdoğanın Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi üçün Bakıda keçirilən Zəfər Paradında Bəxtiyar Vahapzadənin “Torpaqdan pay yoxdur” şeirini oxuyub.

“Bir şeir vasitəsilə süni gərginlik yaradılır. Həmin şeirdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində xalqda yaranan hiss emosional olaraq ifadə olunur və heç bir halda İranın adı çəkilmir və ya nəzərdə tutulmur” – deyə, Altun bildirib.