Home Manşet Bundan sonra Minsk qrupu hansı istiqamətdə fəaliyyət göstərə bilər? – ŞƏRH

Bundan sonra Minsk qrupu hansı istiqamətdə fəaliyyət göstərə bilər? – ŞƏRH

367
0
SHARE

Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllinə hərbi-siyasi vasitələrlə nail oldu, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində heç bir rol oynamadı.

Bunu Trend-ə açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçi olaraq ortaq mövqe tutmalıdırlar: “Amma təəssüflər olsun ki, biz 28 ildir ki, həmsədrlərin tərəf göstərdiklərinin şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi dönəmində də ATƏT-in Minsk Qrupunun fransalı həmsədrinin və eləcə də Fransa prezidenti Emmanuel Makronun Ermənistana yönəlik tərəfkeşliyi göstərdi ki, onlar vasitəçi kimi öz missiyalarını layiqincə yerinə yetirə bilməzlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin illərlə dondurulmuş vəziyyətdə saxlanılmasına səbəb də məhz həmsədrlərin fəaliyyətsizliyi olub. Əgər həqiqətən də onlar problemin sülh yolu ilə həllinin tərəfdarı olsaydılar o zaman birtərəf mövqe sərgiləyərdilər. Zaman göstərdi ki, onların fəaliyyəti bəzi Avropa ölkələri, təşkilatları kimi ikili standartlara söykənib. Onların səriştəsiz fəaliyyəti nəticəsində torpaqlarımız illərdir ki, işğal altında qaldı. Həmsədrlər status-kvo-nun qorunub saxlanılmasında maraqlı idilər. Prosesin və münaqişənin uzanmasına səbəb də məhz bu kimi amillər idi. Ən əsası isə odur ki, Azərbaycan dövləti hərbi-siyasi yolla öz torpaqlarını işğaldan azad etdi. Bu gün ATƏT-in Minsk Qrupunun üzərinə düşən ən əsas şey öz üzərlərində bir qədər redaktə etmələridir. Xatırlayırsınızsa, onlar vaxtilə münaqişənin hərbi yolla mümkünsüz olduğunu ancaq sülh yolu ilə mümkün olduğunu dilə gətirirdilər. Amma biz sübut etdik ki, münaqişənin hərb yolu və ondan sonra isə siyasi yolu vardır. Sadəcə onlar boş-boş danışıqlarla vaxt uzatmağa çalışdılar. Cənab Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bildirib ki, Minsk Qrupu həmsədlərinin heç bir fəaliyyəti olmayıb.

Bundan sonra ATƏT MQ həmsədrləri hansı istiqamətdə fəaliyyət göstərə bilərlər? Artıq status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə ATƏT MQ həmsədrləri regionda yeni reallığa yuğun olaraq xalqların sülhə hazırlanması, etimad quruculuğu, etnik barışığın təmin olunması, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola bilər. Buna uyğun olaraq yeni fəaliyyət proqramı ortaya qoymalıdır. Bu yolla regionda davamlı sülhün təmin olunmasına töhfə bilər. Amma fərdi olaraq Minsk Qrupu üzv dövlətləri xüsusilə Fransa qərəzli mövqeyini kənara qoymalı və neytral tərəf olduğunu sübut etməlidir. Eyni zamanda Minsk qrupda iştirak edən 11 dövlətin hamısı o cümlədən Türkiyə bu prosesdə yaxından iştirak etməlidir. Hər hansı diskriminasiya və ya prosesin siyasi inhisara alınması baş verməməlidir”.

B. Quliyev bildirib ki, ümumiyyətlə son illər ərzində ATƏT-in Minsk Qrupu həmsədrlərinin hər üçü mövqe göstərdiklərinə görə onların dəyişdirilməsi məsələ gündəmə gətirilməlidir: “Onlar münaqişə zonasından aralıdırlar və problemə dərənindən bələd deyillər. Çünki bu gün regionda yeni bir güc formalaşır. Regionun problemlərinin həllində yaxın super-dövlətlər təmsil olunmalıdırlar. Rusiya və Türkiyə faktoru bütün dönəmlərdə nəzərə alınıb və Minsk Qrupunun həmsədlərinin formalaşmasında da bu iki faktordan istifadə olunmalıdır”.

Qurum rəsmisi əlavə edib ki, regiona yeni canlanma gətirilməli, yeni inkişaf olmalıdır: “Azərbaycan iqtisadi və hərbi baxımdan güclü dövlətdir və buna hazırdır. Azərbaycan bunu öz işinin bir hissəsi kimi icra edəcək ki, uzunmüddətli sabitlik və təhlükəsizlik təmin olunsun.
Azərbaycanın qələbəsi Naxçıvanla Azərbaycanın digər hissəsi arasında quru yolla əlaqəni təmin etdi və ümumilikdə Cənubi Qafqaz regionunun inkişafına dair müzakirələr üçün yeni imkanlar açdı”.