Home Manşet Etirazçılar Yerevanda aeroporta gedən yolu bağlayıblar – Baş nazirin istefasını tələb edirlər

Etirazçılar Yerevanda aeroporta gedən yolu bağlayıblar – Baş nazirin istefasını tələb edirlər

234
0
SHARE

Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası iştirakçıları hava limanına gedən yolu bağlayıblar.

Trend-in erməni KİV-lərinə istinadən veridyi məlumata görə, yolu bağlayan etirazçılar ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Etirazçılardan biri bildirib ki, etiraz aksiyaları “satqın” vəzifəsini tərk edənə qədər davam edəcək: “Biz “satqın” vəzifəsini tərk edənə qədər davam edəcəyik ki, danışıqlar apara bilən bir yeni insan gəlsin, nəyisə dəyişmək mümkün olsun. Bu 2,5 ildə hər şey yalan və saxta idi, yalançı Nikol getməlidir”.