Home Dünya xəbərləri Türkiyə son bir ay ərzində terrorçulara qarşı 33 əməliyyat keçirib – Milli...

Türkiyə son bir ay ərzində terrorçulara qarşı 33 əməliyyat keçirib – Milli Müdafiə Nazirliyi

299
0
SHARE

Türkiyə Silahlı Qüvvələri son bir ay ərzində ölkə ərazisində və xaricində terrorçulara qarşı 33 əməliyyat keçirib. Əməliyyatlar nəticəsində 68 terrorçu məhv edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rmətbuat xidmətinin rəhbəri Nadide Şebnem Aktop deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri terrorizmin bütün təzahürlərinə, o cümlədən PPK və İŞİD terror qruplaşmalarına qarşı qətiyyətlə mübarizə aparmağa davam edir: “Son bir ay ərzində 9 böyük miqyaslı və 24 orta miqyaslı əməliyyat həyata keçirilib. Ümumilkdə 33 əməliyyat həyata keçirilib”.