Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 218 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 16 417 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 26 919 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 1 836 728 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 22 215 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 1 603 780 nəfər təşkil edir.