Home Dünya xəbərləri İranda ötən sutka 251 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 251 nəfər koronavirusdan ölüb

297
0
SHARE

İranda ötən sutka ərzində 251 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 52 447 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 501 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 115 770 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 711 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 823 231 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 6,75 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 12 rayonun qırmızı, 288 rayonun narıncı və 148 rayonun sarı zona olduğunu deyib.